elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 февраля 2017 г.

"Şəhid şəhər" sərgisi

Fevral ayının 24-ü saat 15:00-da “Xətai” Sənət Mərkəzində “Şəhid şəhər” adlı uşaq rəsm sərgisi keçirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Xətai rayon İcra Hakimiyyətinin və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 15 yaşa qədər uşaqların Xocalı hadisələri ilə bağlı təsəvvürlərini nümayiş etdirmək məqsədilə keçirilən sərgi, sənət mərkəzinin direktoru Zahid Əvəzovun çıxışı ilə başlamış, Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru çıxış etmişdir. Sərgiyə təqdim edilən 400-ə yaxın əl işi arasından 110-dan çox uşağın rəsmləri seçilmiş və sərgidə nümayiş edilmişdir. Həmin rəsmlərin müəlliflərinə “Xətai” Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və rəssam-dizayner Oqtay Əliyev  tərəfindən diplomlar təqdim edilmişdir. Sərgi təşkilatçıları iştirakçılara bir daha Xocalı soyqırımı haqqında məlumat vermiş,  Xocalı hadisələrinin canlı şahidi olmadıqları halda, bu hadisələrlə bağlı düşüncələrini öz rəsmlərinə köçürən uşaqlara təşəkkür etmişdir. 
Gülzarə Hüseynova

Комментариев нет:

Отправить комментарий