elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Ağayeva Zeynәb Hakim qızı

Ağayeva Zeynәb Hakim qızı 26 fevral 2004-cü ildə Moskva şәhәrindә anadan olmuşdur. Zeynәb uşaqlıqda mehriban, dəcəl olub. Rəqs etməyi, şəkil çəkməyi, kitab oxumağı çox xoşlayır. 5 yaşından ingilis dilində danışa bilir, rəqslə və təsviri incəsənətlə məş­ğul olub. Moskva şәhә­rin­dәki “Göy qurşağı” mək­tə­bəqədər ha­zırlıq mərkəzinə gedib. 2010-cu ildə Moskva şәhәri 1736 №-li gimnaziyaya imtahanla qəbul olunub, hazır­da isә İdrak liseyindә tәh­silini da­vam etdirir. Dәrs әlaçısıdır, sevdiyi fən­lər kimya, biologiya və riya­ziyyatdır. Rəqs, rəsm mü­sa­biqәlәrindә dəfələrlə I vә II yerlərə çıxıb. Әldә etdiyi nailiyyәtlәrә görә özünü valideynlәrinә borclu bilir. Zeynәb istəyir ki, rәqslә ölkәlәr üzrә müsabiqәyә çıxsın vә qalib olsun. Hələ Moskvada təhsil aldığı dövrdə xeyli sayda diplom və fəxri fərmanla təltif olunub.
Gələcəkdə həkim olmaq istəyir. Bu fikri onda atası yaradıb, çünki atası özü dә həkimdir. O, qızında bu sənətə sevgi və maraq yaradıb. Zeynәb deyir ki, hәmişә insanlara kömәk etmәk istәyir. 
Asudә vaxtlarında kitab oxumağı, hәyәtdә gәzmәyi, mah­nıya qulaq asmağı çox xoşlayır. 
Uğur hәmişә sәninlә olsun, Zeynәb.

Комментариев нет:

Отправить комментарий