elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 февраля 2017 г.


Yusifova Ləman Röyal qızı 11 aprel 2010-cü ildə Göyçay şəhərində dünyaya gəlib. Ləman uşaqlıqdan şəkilli kitablara çox maraq göstərmişdir. Gəlinciklərlə oynamağı, gəzintiyə çıxmağı çox sevir. 3 yaşından hərfləri tanıyır, elmə maraq göstərirdi. Anası və bibisi ona yazıb-oxumağı, hesablamağı öyrətmişdir. 4 yaşından ya­zıb-oxumağı bilmişdir. Mək­təbin başlanmasını həvəslə gözləyirdi. 6 yaşından mək­təbə tam hazır idi. Hətta kiçik yaşında bütün uşaq şeirlərini əzbər bilir, özündən qısa na­ğıllar qururdu. Bibisi müəl­lim olduğu üçün ona baxıb oxu­mağa daha çox maraq gös­tərib. 
Ləman Göyçay şəhər 3 saylı orta məktəbdə təhsil alır. Sinif rəhbəri Aygün Məmmədova da onun barədə yüksək fikirdədir. Dərslə­rin­də olduqca fəal­lıq göstər­məyə çalışır və əla­çıdır. Bütün fənləri sevir. Hər müəllim bu fənlərə sevgini onda yaradır. İnşa müsabi­qəsində iştirak edib, yer tut­muşdur. İlk fəxri fərman aldığı gün və məktə­bində ilk ilində əlaçılığının açıqlandığı günlər ona çox əzizdir. İlk diplomunu fəallığına və davranışına görə bağçada almış­dır. I sinifdən etibarən ibtidai təhsilində Fəxri Fərmanlarla təltif olunmuşdur. 
 “İlin ən yaxşı şagirdi” nominasiyasında qalib olmuşdur. 
Valideyn­lərinə, ibtidai sinif müəllimi Aygün xanım başda olmaqla müəllimlərinə borclu olduğunu söyləmişdir. 
Ləman hüquqşünas olmaq istəyir. Çünki böyüdükcə hüquqları pozulan insanları görüb bu peşəyə həvəsi artır. Boş vaxtlarında bilik yarışlarına baxır, kitab oxuyur. Əlavə olaraq inşa, nağıl yazır. Daha çox ana və vətən mövzusunda fikirlər yazır. Ali təhsilini xaricdə almaq niyyətindədir. 
Tarixin yaddaşında hüquqşünas, xeyirxah qadın başlığı altında qalmaq istəyir.

Комментариев нет:

Отправить комментарий