elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 февраля 2017 г.

Paşayev Naik Elçin oğlu

Paşayev Naik Elçin oğlu 11 sentyabr 2004-cü ildə Rusiya Fede­rasiyasının Moskva şəhərində dünyaya göz açıb. Uşaqlıqdan sakit, ağıllı və mehriban, lakin özünəməxsus xasiyyəti olan bir uşaqdır. Kiçik yaşlarından etibarən rəsm çəkməyə və gildən müx­təlif maketlər düzəltməyə böyük həvəs göstərir. İdmana xüsusi maraqla yanaşır. Üç yaşından hokkeylə, son illərdə isə futbolla məşğul olur. İdman sahəsində məşqlərə Rusiya Federasiyasının Tver vilayətinin Tver hokkey klubunda başlayıb. Daha sonra Bakı şəhərində Bakı futbol klubunda futbolla məşğul olmağa başlayıb, futbolu çox sevir. Hazırda “Vətən” futbol klubunda məşqlərini davam etdirir. İştirak etdiyi turnirlərdən diplom və medallarla qayıdır. Müxtəlif yarışmalar və turnirlərdə iştirak etməklə yanaşı, evdə də öz üzərində inkişafına xüsusu diqqət yetirilir. Klubdakı məşqçisi Samir Abdurəhmanov qəhrəmanımız barədə təqdirəlayiq fikirlər söylədi: Naik çox istedadlı, futbol bacarıqlı uşaqdır. Böyuyəndə dünya miyasında tanınacaq ulduz futbolçu olacaq qədər potensiala malikdir. İnanıram ki Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcək.
Naik riyaziyyata xüsusi maraq göstərir. Riyazi biliklərini inkişaf etdirmək məqsədi ilə Mental Arifmetika kurslarına gedir. 
Oxuduğu məktəbdə olimpiada və sərgidə iştirak edib. “Filin diş pastası” adlanan təcrübəsini nümayiş etdirmişdir. Bununla bağlı məktəbdə çəkiliş olub. Çəkiliş CBC kanalında efirə gedib. 
Naik ibtidai təhsilini 284 saylı orta məktəbdə alıb. Buradakı müəllimi Arzu xanım onun seçilən şagirdlərdən olduğunu xüsusi vurğuladı. Naik Bakı İstedadlar Təhsil Kompleksində xarici dildə təhsil alır. Bütün dərslərinə məsuliyyətlə yanaşır. Lakin ən sevdiyi fənlər riyaziyyat və idmandır. Son zamanlar alman və yapon dillərinə də marağı yaranmışdır. 
O, gələcəkdə müxtəlif turnir və yarışmalarda Azərbaycanı təmsil etmək arzusundadır.

1 комментарий: