elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Əliyev Əli Hüseyn Vüqar oğlu

Azәrbaycanın gәnc istedadlarından biri dә Әli Hüseyndir. O, körpәlikdә çox şən, məsuliyyətli, sözəbaxan uşaq olub. Musiqiyə qulaq asmağı, şeir öyrənməyi, pazl yığmağı, şahmat oynamağı çox sevirdi. Anası Aygün xanı­mın dediyinə görə mәktәbә gedәnә qәdәr yazıb-oxumağı bilirdi. Dörd yaşından hərf­ləri tanıyır, beş yaşında artıq oxuya bilirdi. Bunu ona anası öyrәtmişdir. 
Əliyev Əli Hüseyn Vüqar oğlu 19 oktyabr 2005-ci ildə Bakı şəhərindә anadan ol­muş­dur. 132-134 saylı Tәhsil Komp­leksindә I sinfə gedib. Hazırda da hәmin mәktәbdә tәhsilini davam etdirir. Dәrs әlaçısı olan Әli Hüseynin әn çox sevdiyi fənlər ədəbiyyat və riyaziyyatdır. Gələcəkdə dip­lomat olmaq və ölkəmizi xa­ricdə təmsil etmək istәyir. 
Asudə vaxtlarda qardaşı Mə­həmmədlə futbol, nərd, şahmat oynayır, bədii ədəbiyyat mütaliə edir, kompüterdə “Global Lab” səhifəsində işləyir. Fortepiano ixtisası üzrә musiqi ilə məşğul olur. 
Mәktәbdә keçirlәn bir çox tәdbirlәrdә iştirak edib. Bunlardan bir neçәsinin adlarını sadalamaq istəyirik. Ekologiya Nazirliyinin təşkil etdiyi tədbirlərdə, konfranslarda, müsabiqələrdə iştirakçı olub. Həmçinin məktəbin təşkil etdiyi tədbirlərdə də yaxından çıxış edib. 
Ən maraqlı və uğurlu gününü belə xatırlayır: Bir dəfə Ekologiya Klubu konfrans keçirirdi. Konfransda müvəffəqiyyətlə çıxış edənləri tədbirdən sonra sür­p­riz gözləyirdi. Bizi İçərişəhərdə yerləşən “Karvansaray” restoranına Təhsil naziri Mikayıl Cabbarovla görüşə apar­dılar. Gözəl çay süfrəsi arxasında Nazirlə şirin və səmimi söhbətimiz oldu. Sual-cavablar çox maraqlı və yaddaqalan oldu. 
Әldә etdiyi uğurlarına görә atasına və anasına özünü borclu hesab edən qəhrəmanımız atasına oxşamaq istәdiyini vurğulayır. Әli Hüseyin istәyir ki, məşhur olaraq zirvələrə çatsın. 
Gələcəkdə diplomat olmaq və ölkəmizi xaricdə təmsil etmək istәyir. İngilis və fransız dilindən başqa alman dilini də öyrənmək və Alma­niyada təhsil almaq istəyir. Düşünür ki, valdeyinlәrinin vә müәllimlә­rinin kömәyilә bu zirvəyə qәdәr yüksәlәcәk. Biz dә gәnc qәhramanımıza uğurlar arzulayırıq. Yolun açıq, uğurların bol olsun!

Комментариев нет:

Отправить комментарий