elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Almaz Samiq qızı İmanova

Kitabımızı vərəqlədikcə görəcəksiz ki, Azərbaycanımız istedadlı övladlar yetirməkdədir. Bunlardan biri də Almaz Samiq qızı İmanovadır. Almaz 22 iyul 2005-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 
Rəssam olmaq istəyən Al­ma­zın otağını onun əl işləri bəzəyir. Uşaqlıqdan oyuncaqlara həvəs göstərməzdi. Bö­yük bacısının rəgli qələmləri ilə kağızda rəsm­lər çəkməyə ça­lışırdı. Bunu gö­rən anası ona çoxlu kağız, rəngli qələmlər aldı. Beləcə, Almaz rəssamlığa ilk ad­dımların atdı. İlk rəsmlərindən başlayaraq uşaq­lıq dünyasının rəngarən­gliyini, duyğu və dü­şüncələrini rənglərin dililə kağıza köçürməyə başladı. Almazın yara­dıcı dün­yası çox genişdir. Onun yara­dıcılıq istiqaməti müx­təlifdir. Tə­biət löv­hələri, natürmort, port­retlər onun yara­dıcılığında öz əksini tapır. Bu rəsm­lərdə mövzu müxtəlifliyi, rənglərin gözəlliyi, işləmə məha­rəti diqqəti cəlb edir.
Balaca rəssam qızımız Almaz Bakı şəhərində yerləşən 132-134 №-li məktəb təhsil kompleksində VI sinifdə təhsil alır. Sinfin nümunəvi şagirdlərindən biri də Almazdır. Dərs­lərində fəaldır. Bütün fənlərə maraq göstərir. Məktəbin sevimlisinə çevrilib, çəkdiyi rəsmlərdən dolayı məktəbin birincisi olub hamı onun istedadlı rəssam kimi tanıyır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. İtalya günlərinə həsr olunmuş tədbirdə çəkdiyi rəsmləri nümayiş etdirilib. 20 Yanvar faciəsinə həsr olunmuş rəsm işi böyük marağa səbəb olmuşdur. 
Uşaqlıqdan rəsmə böyük həvəs göstərən Almaz bir gün “Qış mən­zərəsi” rəsmini çəkdi və rəsminə bir tamaşaçı gözü ilə baxdı. Bu rəsmdə o, öz duyğularını, bütün uşaqların arzusunda olduğu istəyini verməyə çalış­mış­dır. Dünyanı beləcə qar kimi tər-təmiz, savaşsız gör­mək istəyirdi. Balaca rəssam bir anlıq fikrə getdi: “Kaş, Qarabağda bay­rağımızı ilk dalğa­landıran igid əsgərin portretini çəkmək ona nəsib olaydı”. 
Ağıllı və dərin düşüncələrə malik olan rəssam balamıza bundan son­rakı həyatında uğurlar arzu edirik. Uğurların bol, yolun açıq olsun, Almaz.

Комментариев нет:

Отправить комментарий