elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Fatimә Hikmәt qızı Paşayeva


Haqqında söhbәt açacağımız gәnc qәhrәmanımız Fatimә Hikmәt qızı Paşayevadır. 1999-cu il dekabrın 13-dә Bakı şәhәrindә anadan olan Fatimә sakit, şәn, çox tәrbiyәli, istәklәrini sәrbәst vә düzgün şәkildә izah edәn ağıllı uşaq olub. Maraqları içәrisindә diqqәti cәlb edәn oyun­caq­larını kolleksiya şәklindә toplaması olub. Mәktәbә gedәnә qәdәr yazıb-oxumağı düzgün şәkildә bilirdi. İlkin yazı vә oxu vәr­dişlәrinə ana­sının sayəsində yi­yələn­mişdi. Babasının məs­ləhətilə intellektual proqramlar izlә­yirdi. Valideynlәri Fa­timənin gәlәcәyi ilə bağlı qur­duqları parlaq planlardan danış­maq­la onu hәvәlәndirir­dilər. 
Fatimә 2006-ci ildә Tahir Hə­sənov adına 23 №li orta mәktәbdә təhsil pillələrinə ilk addımını atıb. Bütün fәnlәri çox sevir, hamısınə eyni seviyyәdә әla oxuyur. Ancaq tәbii ki, әn çox sevdiyi fәnlәr var: Azәrbaycan dili və Azәrbaycan tarixi. Әsl Azәrbaycan vәtәndaşı kimi yetişmәk üçün o, xalqının həm dilini, hәm dә tarixini dәrindәn öyrәnməyə çalışır.
Fatimə mәktәbin demәk olar ki, bütün tәdbirlәrindә fәal şәkildә iştirak edir. Dövlәt Bayrağı Günü, 28 May Respublika Günü, Zәlimxan Yaqubun hәyat vә yaradıcılığına hәsr olunmuş vә bir sıra başqa tәdbirlәrdә hәm aparıcı, hәm dә iştirakçı qismindә fәal olub. X sinifdә mәktәbdә keçirilәn fәnn olimpiadasında Azәrbaycan dili vә әdәbiyyat fәnni üzrә I yerә layiq görülüb vә fәxri fәrmanla tәltif olunub. IX sinifdә “Heydәr Әliyev mәktәblәrin gözü ilә” inşa müsabiqәsindә diplomla tәltif olunub.
Hәyatımda әn yaddaqalan, әn dәyәrli günü Gülüstan Sarayında “Heydәr Әliyev mәktәblilәrin gözü ilә” inşa müsabiqәsinin qalibi diplomu ilə tәltif olunduğum gündür - deyir Fatimə. 
Fatimə babası Mahmud Mirzәyevə bәnzәmәk istәyir. Çünki orta tәhsil aldığı müddәtdә onun təhsilə, biliyә verdiyi yüksәk qiymәt bu gün də dillər əzbəridir. Fatimәnin hәdәfi orta mәktәbi yüksәk sәviyyәdә bitirmək, hüquq üzrə yüksək səviyyəli ali təhsil almaq və millәt vәkili olmaqdır.
Asudә vaxtları az olsa da həmin zamanı intellektual yarışları vә Azәrbaycan filmlərini izləməyə həsr edir. Fatimә uşaq yaşlarından vәtәn, tәbiәt mövzusuda şeirlər yazır. O çox vətənpərvər bir yeniyetmədir. Bәlkә dә bu sevgini sözlәrlә ifadә etmәyә çalışsaq nә qәlәm, nә dә kağız kifayәt edәr. Fatimә qızımıza son sözlәrimiz budur ki, bundan sonra da yüksәk zirvәlәrdә olasan!

Комментариев нет:

Отправить комментарий