elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Məmmədov Əli Eldar oğlu 15 sentyabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıqda çox dəcəl, hər şeylə maraqlanan, diqqətli olub. Əli uşaqlıqdan futbol oynamağı, heyvanlar aləmindən bəhs edən verilişlərə saatlarla baxmağı, kitab oxumağı və şahmat oynamağı sevir. Məktəbə gedənə qədər oxumağı və yazmağı bilirdi. Bunları müəllimi Svetlana xanım öyrədib. Əli 5 yaşından qarşısına məqsəd qoyub ki, riyaziyyat fənni üzrə alimlik dərəcəsinə qədər yüksəlsin. O, I sinifdə 5 saylı orta məktəbə gedib və hazırda orada təhsilinə davam edir. Təhsil ocağında keçirilən bütün bayram və tədbirlərdə iştirak edir. I sinifdə “Buratino” adlı bayram tədbirində iştirak edib və orada dəniz qulduru rolunda çıxış edib. Həyatında ən maraqlı və yaddaqalan gün ilk dəfə orta məktəbə getdiyi gündür. Dərslərini mükəmməl oxuyur və əlaçıdır. Ən sevimli fənləri riyaziyyat, ingilis dili, informatikadır. III sinifdə məktəb üzrə keçirilən məntiq və riyaziyyat olimpiadasında komandada iştirak etmiş və komandası I yer qazanmışdır. Boş vaxtlarında heyvanlar aləmi haqqında sənədli filmlərə baxır. Gələcəkdə riyaziyyat və fizika üzrə alim olmaq arzusundadır. Bu fikrə III sinifdə oxuyarkən gəlib.


Комментариев нет:

Отправить комментарий