elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Vəliyeva Fidan Arif qızı

Vəliyeva Fidan Arif qızı 2005-ci il martın 3-də Moskva şəhərində dünyaya göz açmışdır. Körpəlikdə şıltaq olan Fidan ailənin ilk və sevimli qızı olmuşdur. O, yaşıdlarından həmişə fərqlənmişdi. Fidanda kitaba xüsusi bir bağlılıq olub. Bağçada yazmağı və oxumağı öyrənib. Buna görə Zülfiyyə müəllimə borclu olduğunu deyir. Fidan Mingəçevir şəhər liseyində təhsil alır. Bütün fənləri yaxşı oxuyur, ən çox sevdiyi fənlər riyaziyyat və rəsmdir.
 Fidan hər sahədə fəal uşaqdır. O, bir çox mərasimlərdə, bayram tədbirlərində iştirak edib nailiyyətlər qazanmışdır. Onun yaddaşında qalan önəmli hadisələrdən bayram günlərində Türkiyədə “Quş adası festivalı”, Gürcüstanda “Anamur festivalı”nda rəqs etməsi olmuşdur. O, təhsildə əldə etdiyi uğur və ictimai işlərdə fəallığa görə, “Mehriban ailəm” adlı inşa müsabiqəsində I yerə layiq görüldüyünə görə, şeir müsabiqəsində iştirakına görə fərman və tərifnamələrə layiq görülmüşdür.
 Hər bir çalışqan və nailiyyəti olan uşaqlar kimi Fidan da uğurlarına görə valideynlərinə və müəllimlərinə borcludur. Başqalarına oxşamaq istəməyən Fidan öz arzularını reallaşdırıb yaddaşlarda qalmaq istəyir. Həkimlik peşəsinə olan marağı lap körpəlikdən gəlinciklərinə iynə vurmaqda özünü göstərmişdir. Fidanın həyatında bir çox uğurlu günlər olsa da, onun üçün ən dəyərli gün doğum günüdür. Çünki bu gündə o, sevdiklərini bir arada görür və daha çox diqqət mərkəzində olur. Hədiyyə almağı çox xoşlayır.
 Fidanın ən sevimli məşğuliyyətlərindən biri də rəsm çəkməkdir. Boş vaxtlarında rəsm çəkmək onun yorğunluğunu çıxarır. Bundan başqa müxtəlif nağıl kitabları, dünya xalq nağılları, təbiət haqqında oxumaq onun maraq dairəsindədir.
 Fidanın gələcək arzuları arasında Parisi gəzmək və Eyfel qülləsini görmək, Tokioda olmaq vardır. Gələcəkdə insanlara fayda vermək arzusunda olan Fidan həkim olmaq və saf niyyətlərindən birini həyata keçirərək müəyyən müddətdə xəstələrə təmənnasız xidmət etmək istəyir.
 Fidanın nailiyyətləri barədə “Tumurcuq” qəzetində də qeyd olunmuş, Yevlax televiziyasının bir verilişində yarışmada iştirak etmişdir.

 Biz də gələcəyi gözəl görünən təmiz niyyətli Fidan balamızın həyat və fəaliyyətində uğurlar diləyir, dərslərində müvəffəqiyyətlər arzu edirik. 

Комментариев нет:

Отправить комментарий