elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 февраля 2017 г.

Bayramlı Ənvər Elçin oğlu

Bayramlı Ənvər Elçin oğlu 11 fevral 2004-cü ildə Gəncə şəhərində anadan olub. Körpəlikdən sakit təbiətli, sözəbaxan uşaq olub. Rəsm çəkməyi, xəritələrlə maraqlanmağı xoşlayıb. 5 yaşında Gəncə şəhər Şahmat Məktəbinə daxil olub, çoxlu nailiyyətlər əldə edib. Məktəbə getməmişdən əlifbanı, vurma cədvəlini öyrənib, yazıb-oxumağı bacarıb. 3 yaşından ingilis dili təmayüllü uşaq bağçasında təhsil aldığından, 5 yaşında Ənvər -ingilis dilində 300-ə yaxın söz bilirdi. Həmçinin anasının köməyi ilə rus dili əlifbasını da öyrənmişdi. 4-5 yaşlarından sonra həm özü həvəskar olduğuna görə, həm də valideynləri dəstək olduğuna görə onun şahm-ata marağı artıb.
İlk təhsilini Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbdə alan, yuxarı sinif təhsilini isə İsrafil Məmmədov adına 27 saylı məktəb-liseydə davam etdirən müsahibimiz hazırda VII sinif şagirdidir. I sinifdən indiyədək əlaçıdır. Ən çox xoşladığı fənlər riyaziyyat və biologiyadır. Müsahibimiz həm məktəbdaxili t-ədbirlərdə, həm də şəhər tədbirlərində fəal iştirak edir. Onun çıxışları bəzən səhnəciklərdə, tamaşalarda baş rolları ifa etməkdən, bəzən də tədbirin aparıcılıq missiyasını yerinə yetirməkdən ibarət olur. Əlaçı və şahmatçı olan müsahibimiz həmçinin basketbolla məşğul olur və son illərdə gənclər arasında bir az da maraq oyadan gitara musiqi aləti üzrə dərs alır.
Həyatında uğurlu günlərinin çox olduğunu deyən Ənvər ən uğurlu və yaddaqalan günü haqqında belə danışdı: "Gəncə şəhərində Heydər Əliyevin doğum günü münasibətilə mərhum qrossmeyster Vüqar Həşimovla do-stluq görüşü keçirilmişdi. Çox həyəcanlansam da, hesabda bərabərlik qazanmağa nail oldum."
Uğurlarından söz açmışkən Ənvərin nailiyyətlərinə nəzər salaq:
- ibtidai sinfi müvəffəqiyyətlə başa vurduğuna görə 4 saylı tam orta məktəb tərəfindən təqdim edilən diplom;
- 2010-cu ildə 9 May - Qələbə gününə həsr olunan şahmat turnirində 6 yaşlı oğlanlar arasında I yeri tutduğuna görə diplom;
- 2-9 may 2011-ci il tarixlərində Ümummilli lider H.Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilən Açıq şahmat turnirində 8 yaşlı oğlanlar arasında I yeri tutduğuna görə diplom;
- 17 avqust 2011-ci ildə şahmat üzrə I dərəcə almışdır;
- 2012-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbdə keçirilən "ibtidai ongünlüyündə" riyaziyyat olimpia-dasında I yeri tutduğuna görə fəxri fərman;
- 3-6 oktyabr 2012-ci ildə "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialı tərəfindən basketbol üzrə 1999/2000-ci il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında keçirilən açıq birincilikdə I yeri tutduğuna görə təqdim edilən diplom;
- 9 May 2013-cü ildə Ümummilli lider H.Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilən eynivaxtlı seansda fərqləndiyinə görə təqdim olunan fərqlənmə diplomu;
- 16-17 noyabr 2013-cü il tarixlərində şahmat üzrə 10 yaşlı oğlanlar arasında şəhər birinciliyində II yeri tutduğuna görə diplom;
- 2014/2015-ci tədris ilində Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən 5(b) sinfində oxuyarkən məktəb daxilində keçirilən Riyaziyyat həftəsində divar qəzeti müsabiqəsində I yeri tutduğuna görə fəxri fərman;
- 2015-ci ildə Gəncə şəhəri Təhsil İdarəsi üzrə M.Mehdizadə adına 4 saylı tam orta məktəbin şagirdi olaraq təhsildə qazandığı uğurlara görə fəxri fərman;
- Gəncə Şəhəri Təhsil İdarəsi üzrə İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin rəhbərliyi tərəfindən 2015/2016-cı tədris ilinin I yarımilini əla qiymətlərlə başa vurduğuna görə valideynlərinə ünvanlanan t-əşəkkürnamə;
- 27 mart 2016-cı ildə keçirilən "Akademik" bilik yarışında yuxarı sinif şagirdləri arasında yüksək nəticə göstərdiyinə görə təltifnamə;
- 13 dekabr 2016-cı ildə Kaspi Təhsil Şirkətinin təşkil etdiyi sınaq imtahanında VII siniflər arasında yüksək nəticə - 89 bal topladığına görə sertifikat;
- 30 dekabr 2016-cı ildə Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə keçirilən mək-təblilərin bilik yarışında VII siniflər üzrə I yeri tutduğuna görə fəxri fərman;
- Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Təhsil İdarəsi, Azərbaycan Dövlət Aqrar Universiteti və "Gələcəyə körpü" təhsil mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş "Gəncə - 4000" Bilik Yarışında fərqləndi-yinə görə təltifnamə;
- Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Təhsil İdarəsi, Gəncə şəhər Gənclər və İdman Baş -İdarəsi, "Gələcəyə körpü" təhsil mərkəzinin təşkilatçılığı ilə keçirilmiş "Super olimpiada"da II yeri tutduğuna görə diplom;
- Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin (UYM) poliqlot ingilis dili dərnəyinin üzvü olaraq, dərnəkdə E-lementary kursunu uğurla bitirdiyinə görə sertifikat.
Qazandığı bu uğurlara görə valideynlərinə, ilk müəllimi Vəfa Quliyevaya, şahmat müəllimi Lalə Budaqovaya və digər müəllimlərinə təşəkkür edir. Fəaliyyətindən dolayı babasına oxşamaq istəyir. Məktəbi uğurlu nəticələrlə başa vurub, ali məktəbə qəbul olmağı arzulayır. Xarici dövlətlərdə təcrübə keçmək, oradan qazandığı biliklərlə öz biliyini bir az da təkmilləşdirmək istəyir. IV sinifdən etibarən həkim olmağı arzulayır. Azərbaycandan müalicə olunmaq üçün xarici dövlətlərə üz tutanların fikrini dəyişmək istəyir ki, vətəndaşlarımız elə öz həkimlərimizin təcrübəsinə etibar edib, öz ölkəmizdə müalicə olunsunlar.
Asudə vaxtlarında həm əlavə kitablar oxuyur, həm də futbol, basketbol, şahmat oynamağı xoşlayır. Kitab o-xumağa böyük marağı olan Ənvər özü də bir böyükhəcmli, iki kiçikhəcmli əsər yazıb.
Gələcəkdə həkim olub, imkanları daxilində uşaqlara və qocalar evindəki qocalara kömək etmək istəyir. Ən -böyük arzusu isə həyat yolunda böyük, bağışlanmaz xətalardan uzaq olmaqdır. "Tarixin yaddaşında qalmaq üçün hansı addımı atardın?" sualını Ənvər belə cavablandırdı: "Tarixdə qalmaq heç vaxt asan olmayıb. Mən -gələcəkdə qarşıma belə bir məqsəd qoysam, onda həmin dövr üçün müalicəsi bilinməyən bir xəstəliyin müalicəsini tapmaq üçün çalışardım və ya mühüm preparat hazırlayardım."

Əvvəllər də Ənvərin uğurları barədə məqalə və süjet yayımlanıb. Sözügedən süjet yerli telekanal olan "Kəpəz" kanalında, 2011-ci ildə şahmat yarışında birincilik əldə etdiyinə görə hazırlanıb. Məqalə isə "İstedadlı uşaqlar" başlığı ilə "Tumurcuq" qəzetində dərc olunub.

Комментариев нет:

Отправить комментарий