elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Səttarzadə Aydan Ağa qızı 16 noyabr 2006-cı ildə Bakı şəhəri Xətai rayonunda dünyaya göz açıb. Hazırda Suraxanı rayonunda Hövsan qəsəbəsində 281 saylı tam orta məktəbin III sinfində təhsil alır. Dərslərini yaxşı oxuyur, ən sevimli fənləri riyaziyyat və təsviri incəsənətdir. Aydan müəllim və şagird dostlarının rəğbətini qazanmışdır.
 Aydan uşaqlıqdan rəsm çəkməyə maraq göstərib. Hələ bağçaya getdiyi vaxtdan müəllimləri onun istedadlı şagird olacağını demişlər. Hazılıq kursunda da fəallığı ilə yaşıdlarından öndə olub.
 Aydan rəsm sərgisində fəal iştirakı ilə başqalarından fərqlənməyi bacarmışdır. Bu sərgidə III yer qazanaraq diplom aldığı gün həyatında ən önəmli gün olub.
 Asudə vaxtlarında gəzməyə gedir və şəkil çəkir. Uğurlara görə ailəsinə borclu olduğunu bildirir.

Biz də onun uğurlarının davamlı olacağına inanır və müvəffəqiyyətlər arzu edirik. 

Комментариев нет:

Отправить комментарий