elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 февраля 2017 г.

Şabayev Elmir Teymur oğlu

Şabayev Elmir Teymur oğlu 4 avqust 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Elmir uşaqlıqda sakit, işə uzun müddət diqqət verə bilən uşaq olub. Şəkil çəkməyi, konstruktor tipli oyuncaqlarla oynamağı, leqo yığmağı çox xoşlayıb. Əsas marağı oyuncaq maşın kollessiyası toplamaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, ingilis dilində sərbəst danışmağı bacarıb. Uşaqlıqdan ingilis dilində proqramlara, kinolara baxmağa maraq göstərib. İngilis dilini əvvəl fərdi müəllim yanında, daha sonra isə “BEBY ROM” uşaq hazırlıq kursuna getməklə öyrənmişdir. 3-4 yaşından etibarən çətin yığılan konstruktor tipli oyuncaqları tez bir vaxta yığması Elmirin məntiq tələb edən elmə həvəsi olduğunun göstəricisi idi. Bu həvəsi onda heç kim yaratmayıb. Anasının fikrincə, bu ona irsi ötürülüb. Belə ki, Elmirin nənəsi yaxşı riyaziyyatçı idi.
Elmir 1 №-li orta məktəbin VI sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Ən sevdiyi fənlər isə riyaziyyat və ingilis dilidir. Kikboksinq Federasiyasının prezidenti tərəfindən diplomla təltif olunduğu gün ən yaddaqalan günüdür. Ad gününü qeyd etməyi sevir. Çünki ad günündə istəkli qohumları ətrafında olurlar.
Əldə etdiyi nailiyyətlərə görə sinif rəhbəri Natəvan xanım başda olmaqla məktəbin bütün müəllim heyətinə və valideynlərinə borclu olduğunu deyir. Atasına oxşamaq istəyir.
Asudə vaxtlarında alman dilini öyrənir, basketbol və kikboksinq idman növləri ilə məşğul olur. Kompüterdə oynadığı oyunları ingilis dilinə tərcümə edərək “Youtube” proqramına yükləməyi xoşlayır.
Gələcək fəaliyyətində ən yüksək pilləyə qalxmaq istəyir. Seçəcəyi sənətin ən yaxşı mütəxəssisi olmağı arzulayır. Gələcəkdə hansı sənətə sahib olacağına hələ tam qərar verməyib. Ancaq yaxşı iqtisadçı olmaq ona maraqlı gəlir. Orta məktəbi əla qiymətlərlə qutarmaq və ali məktəbə daxil olmaq irəlidəki ən böyük məqsədidir.

Arzu və istəklərinə çatasan, Elmir. 

Комментариев нет:

Отправить комментарий