elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Kazımov Nəsib Şamo oğlu uşaq yaşlarından yaradıcı olub. Onun idman sahəsinə daha çox həvəsi var. Futbol, voleybol və digər oyunları çox yaxşı oynayır və dostlarından seçilirdi. Onun bu sahədə ən fərqli xüsusiyyəti cəldliyidir.
 Nəsib bacılarının köməyilə məktəbə gedənə qədər hesablamanı və əlifbadakı bəzi hərfləri yazmağı bilirdi. Birinci sinfi Azərbaycan bölməsində oxumuşdu. Lakin zamanla o, məktəbin rus bölməsinin uşaqları ilə daha çox qaynayıb-qarışmış və rus dilinə həvəsi artmışdır. Bu səbəbdən valideynləri onu rus bölməsinə keçirmişlər. Birinci sinfi Azərbaycan bölməsində oxumasına baxmayaraq ikinci sinifdən bacılarının köməyilə artıq 4-5 ay ərzində rus bölməsinin dərslərinin sərbəst öyrənməyə başlamışdır. Nəsib hərtərəfli uşaqdır. O, həm idman, həm də musiqi sahəsidə istedada malikdir. V sinifdə oxuyarkən kiçik bacısı onu həndbol idmanına yazdırdı. Müəyyən müddətdən sonra o, bu sahədən uzaqlaşmışdır. Lakin artıq VII sinifdə oxuyarkən özünün təkidi ilə yenidən idmana yazılmışıdır. Çox qısa bir zamanda uğurlar qazanmışdır. O, artıq nəinki rayonlararası yarışlarda, hətta ölkələrarası yarışlarda da iştirak edir və uğurlar əldə edir. Onu komanda yoldaşlarından fərqləndirən, müəllimin razılığına səbəb olan və ən əsas uğurlarına səbəb oyun zamanı sol əlindən də sağ əli kimi eyni səviyyədə istifadə etməsi idi. Nəsib ambideksterdir. IV sinifdə oxuyarkən böyük bacısı ona ad günü hədiyəsi olaraq gitara almışdı. Çox az zaman ərzində internetdən öyrənməklə gitarada ifa etməyə başladı. Bu istedadını görən kiçik bacısı onu musiqi məktəbinə yazdırdı və qısa zamanda artıq konsertlərdə solo ifalar edirdi.
 Dərslərini yaxşı oxuyan istedadlımız zəif qiymətlər almamaq üçün çalışır. Ən çox sevdiyi fənlər siyahısına riyaziyyat və ingilis dili daxildir. Xarici dillər öyrənməyə çox böyük həvəsi var. Məktəbdə və məktəbdənkənar təşkil edilən bir çox tədbirlərdə, bayram şənliklərində fəal iştirak etmişdir, nailiyyətlər qazanmışdır. Musiqi məktəbində keçirilən konsertdə solo gitara, tarda orkestrlə birgə mahnı ifa etmişdir. İfa etdiyi alətlər arasında ən çox tara üstünlük verir. Çünki Azərbaycan musiqisini yalnız tar vasitəsi ilə duya bildiyini söyləyir.
 İdman sahəsidə Azərbaycanı Avropa ölkələri arasında təmsil edib uğurlar əldə etmək, musiqi sahəsində geniş bir auditoriya qarşısında çıxış etmək, təhsil sahəsində ADNA-ya qəbul olub sevdiyi ixtisasa yiyələnmək istəyir.

 Əldə etdiyi uğurlara görə özünü ailəsinə və yaxın ətrafına borclu hiss edir. Gələcək fəaliyyətində bacısının yoldaşı Zaura oxşamaq istəyir. Çünki o da bütün əldə etdiyi nailliyyətləri savadı və əziyyəti ilə qazanmışdır. Həyatında ən maraqlı gün Azərbaycan Skautlar Assosiasiyasının rəhbərliyi ilə Lerikdə keçirilmiş düşərgədə iştirakı olmuşdur. Burada təbiətin qoynunda heç bir elektron vasitələr olmadan təbiətdən mənimsəmək yolu ilə yaşamağı öyrənirdi. Bu düşərgə zamanı ən maraqlı və yaddaqalan günlərini yaşamışdır. 

Комментариев нет:

Отправить комментарий