elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 февраля 2017 г.

Ruslan Anatoliyeviç Zutikov


Azәbaycan şahmatı artıq dünya tarixinә layiqli töhfәlәr vermiş vә bu artıq әnәnә halını almışdır. Bu gün bir çox beynәlxalq yarışların qalibi olan Teymur Rәcәbov kimi şahmat dühamız var. Ruslan da gәlәcәyini şahmatla bağlamaq, dünya çempionu titulunu qazanmaq arzusu ilә yaşayan gәnclәrimizdəndir. Ruslan Anatoliyeviç Zutikov 2005-ci il 26 oktyabrda Bakı şәhәrindә anadan olmuşdur.
O, uşaqlıqda çox hərəkətli və hər şeyi öyrənməyə həvəsli bir uşaq idi. Erkən yaşlarından məntiqi oyunlara, müxtəlif tapmacalar çözməyə maraq göstərirdi.
Yazmağı və oxumağı məktəbə getməzdən öncə öyrənmişdir. Əvvəlcə onunla anası, sonra isə uşaq bağçasının müəllimləri məşğul olurdular.
Bağça müəllimi onun bacarıqlarına diqqət yetirmişdir. O, uşağın oxumağa, rebusların həllinə və məntiqi məsələlərin açılmasındakı marağını müşahidə etmişdir.
Ruslan balamız hazırda 132-134 saylı Tәhsil Kompleksindә tәhsil alır. Dәrs әlaçısı olan Ruslan məsuliyyətli və çalışqandır. Sevimli fənləri riyaziyyat, rus, ingilis, fransız dilləri və biologiyadır.
Tez-tez məktəbdə və məktəbdənkənar keçirilən tədbirlərdə iştirak edir. Şahmat üzrə məktəbdaxili, məktəbdənkənar keçirilən şahmat yarışı, 132-134 nömrəli məktəbdə keçirilən İtaliya günləri çərçivəsində iştirak edib.Şahmat dərslərinə başlayandan üç ay sonra asanlıqla şahmat üzrə üçüncü dərəcəyə yiyələnə bilib. Bundan əlavə moda nümayişində model kimi çıxış da edib.
Onun üçün ən yaddaqalan hadisə dördüncü dərəcəyə sahib olması və həmin dərəcəni aldığı gün Amerikaya yollanaraq Azadlıq Heykəlini ziyarət etməkdir.
Ruslan şahmat üzrə yarışda 2-ci yeri tutduğuna görə diplomla təltif olunmuşdur.
Әldә etdiyi uğur və nailiyyətlərinə görə Bәhruz müəllimə, sinif rәhbәri Tәranә xanıma minnәtdardır. Şahmata sevgi aşıladığı üçün atasına bir ömür boyu borclu olduğunu qeyd edir.
Arzusu qrossmeystr səviyyəsinə yüksəlmək olsa da hansı peşəyə yiyələnəcəyini hələ müəyyən etmәyib. Lakin seçdiyi peşədə uğurlu bir kadr olacağına inanır.

Asudə vaxtlarında şahmat və kompüter oyunlarına maraq göstərir. Yayda peşəkar səviyyədə velosiped sürməyi öyrənməyi və Fransa, İngiltərə, İtaliyaya getməyi arzulayır.İngilis və fransız dillərində sərbəst danışmağı planlaşdırıb. O,tarixə düşmək və insanların yaddaşlarında əbədi qalmaq üçün öncə yaxşı oxumaq, vətənini və xalqını sevmək, hər şeyi vətəninin xeyri naminə etmək, cəsarətli olmaq, torpağını düşmənlərdən qorumaq lazım olduğunu fikirləşir. Belə gözəl düşüncə sahibi olan qəhrəmanımıza uğurlar arzulayırıq və yolun açıq olsun deyirik!

Комментариев нет:

Отправить комментарий