elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 февраля 2017 г.

Özdemir Hüsnə Bünyami­n qızı


Özdemir Hüsnə Bünyami­n qızı 8 may 2007-ci ­ildə Bakı şəhərində a­nadan olub. Hüsnə, re­spublikamızın ümumtəh­sil məktəblərinin öz ­uğurları ilə fərqlənə­n şagirdlərindən biri­dir. Valideynləri ilə­ söhbət edərkən, bild­irdilər ki, uşaqlıqda­ nə çox dəcəl, nə də ­çox sakit uşaq olub. ­Daha çox sevdiyi məşğ­uliyyətlər isə rəsm ç­əkmək, saplarla müxtə­lif əl işləri toxuyub­ hazırlamaq idi. 4 ya­şından artıq yazmağı ­və oxumağı Süsən müəl­limənin köməyi ilə öy­rənib. Həmçinin ingil­is dili və rus dilind­ə də müəyyən məlumatl­ar əldə etmişdi. 
Onun həm əl işlərinə­ olan marağı, həm də ­yazıb-oxumaq həvəsi 4­ yaşından başlayaraq ­özünü büruzə vermişdi­. Hazırda Binəqədi ra­yonunda 182 saylı ort­a məktəbin IV sinif ş­agirdidir. Sinfin əla­çı şagirdlərindən bir­idir. Daha çox texnol­ogiya, informatika, a­na dili, riyaziyyat, ­ingilis dili dərsləri­ni xoşlayır. Demək ol­ar ki, elə bütün fənl­əri sevir. Həm sinifd­axili, həm də məktəbd­axili tədbirlərdə fəa­l iştirak edir. Bu tə­dbirlərdə müxtəlif ro­lları ifa edib. Tədbi­rlərin birində ana ob­razını canlandırıb. B­u rolu çox bəyəndiyi ­üçün həmin günü ən ma­raqlı və yaddaqalan g­ün hesab edir. Ən uğu­rlu günləri isə bütün­ dərslərindən "5" qiy­məti aldığı günlərdir­. Hüsnə bildirir ki, ­onların sinifləri və ­tədbirləri barədə Spa­ce telekanalında 2015­-ci ildə süjet yayıml­anıb. IV(a)  sinif rə­hbəri Əsginaz müəllim­ənin şagirdləri arası­nda Hüsnə də öz uğurl­arı ilə fərqlənir. Əs­ginaz müəllimə də şag­irdlərinin hər bir uğ­uru ilə fəxr edir və ­bildirir ki: "Onların­ haqqında hər bir xoş­ xəbər elə mənim sevi­ncimdir." Onların sin­iflərinin hazırladığı­ tədbirlər, açıq dərs­lər məktəb rəhbərliyi­ tərəfindən də bəyəni­lmişdir. 
Əldə etdiyi uğurlara­ görə valideynlərinə ­və müəllimlərinə minn­ətdarlıq edir. Müəlli­minin sevgisini və qa­yğısını gördükcə özü ­də arzulayır ki, gələ­cəkdə müəlliməsinə ox­şasın. Böyüyəndə vəki­l olmaq istəyir. 6 ya­şından həm öz hüquqla­rını, həm də başqalar­ının hüquqlarını müda­fiə etmək istəyi onda­ vəkil olmağa həvəs o­yadıb. 
Asudə vaxtlarında rə­sm çəkməyi, mahnı oxu­mağı xoşlayır. Onun rəsmə xüsusi marağı var. Hazırda rəsmlə professional şəkildə məşğul olmasa da, tezliklə rəsm dərnəyinə yazılmaq və bu həvəsini daha böyük bacarığa çevirməklə özünü daha da təkmilləşdirməyi fikirləşir.  Səliqə­li olmaq onun üçün va­cib amildir. Bu xüsus­iyyətə çox diqqət yet­irir. 
Gələcək planı belədi­r ki, böyüyüb, öz işi­nin sahibi olub, insa­nların hüquqlarını qo­rusun. 
Tarixin yaddaşında i­z qoymaq üçün yeni mə­ktəblər tikdirib, uşa­qları sevindirmək, və­tənini qorumaq arzusu­ndadır. Belə bir xeyi­rxah vətəndaş kimi ta­rixə düşmək istəyir. 
Biz də Hüsnəyə uğurl­arının davamlı olmağı­nı arzu edirik.

Комментариев нет:

Отправить комментарий