elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Hәşimov Nicat Azər oğlu

 
Növbәti qәhrәmanımız Hәşimov Nicat Azər oğludur. Nicat 17 iyul 2005-ci ildә Bakı şәhәrindә ziyali ailәsindә anadan olmuşdur. Uşaqlıqdan oxumağa, konstruktorla oynamağa böyük həvəs göstərib. 2008-2011-ci illərdə Zərifə Әliyeva adına uşaq bağ­çasında təhsil alıb. 
Hazırda isә Tahir Hәsә­nov adına 23 №-li mәk­tәb­dә tәhsilini davam etdirir. Dәrs­lәrini әla qiymətlərlə oxuyur. Әn çox sevdiyi fәnlәr riya­ziyyat, informatika vә ingilis dilidir.
2008-2010-cu illərdә Ayki­do Federasiyasında məşq edib və bu illәrdә 2 turnirdə iştirak edərək mәk­tәbәqәdәr uşaqlar ara­sında I yer qazanıb. Ha­zırda Azərbaycan Cüdo Fede­rasi­yasında mәşq edir. 2016-cı ildәn Respublika Şahmat Mәrkә­zindә oxuyur. 2016-cı ilin noyabr ayında keçirilәn turnir­dә IV dәrәcә qazanıb. Gәlәcәkdә memar olmaq arzusundadır. Mәktәbi bitirdikdәn sonra təhsilini xaricdә davam etdirmək istəyir. 
Öz tәrbiyәsinə, uğurlarına görә valideynlərinə vә müәl­limlәrinә borcludur. Böyüyәndә onlar kimi hörmәtli vә savadlı bir insan olmaq istәyir. 
Sәnә uğurlar arzu edirik, Nicat.

Комментариев нет:

Отправить комментарий