elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

İnci Rafiq qızı Nağızadә

İnci Rafiq qızı Nağızadә 18 noyabr 2007-ci ildә Bakı şәhәrindә anadan olmuşdur. Hәr bir şagird yüksәk biliklәrә yiyәlәnmәk, cәmiyyәtdә layiqli yer tutmaq arzusu ilә yaşayır. Bu arzularla yaşayan İnci qızımız uşaqlıqda çox sakit, tәmizliyi sevәn olub. Ev işlәrindә anasına kömәk etmәyi çox xoşlayır. Yaşının az olmasına baxmayaraq mәntiqli vә ağıllı danışıqları ilə böyük­lәrin rәğbәtini qazanmışdır. Cizgi filmlәrinə baxmağı, rәsm­lәr çәkməyi, nağıllar dinlәmәyi çox xoşlayırdı. İncinin çoxlu nağıl kitabı var. İnci 2 yaşından hәrflәri öyrənməyə başlayıb. 3 yaşında artıq oxuyub-yazmağı öyrәnmişdi. Çoxlu şeirlәr, nağıl­lar bilirdi. İnci ilә daha çox anası mәşğul olurdu.
O, 43 №-li Mәktәb Lisey Kompleksindә tәhsil alır. III sinif şagirdi olan İnci dәrs әlaçısıdır. Bütün fənlәri sevir və hәvәslә oxuyur. Hәyatında heç vaxt unut­madığı gün 4 yaşında olanda Azәr­baycanın görkәmli şairi İlyas Tapdıqla görüşüdüyü gündür. Şairlə rayona sәfәrlәrinin birindә yol yoldaşı olmuşdur. Bütün yol boyu İlyas baba ilә maraqlı söhbәti olmuşdur. Әn çox İlyas babanın Gәdәbәy haqqında yazdığı şeiri söylәməsi şairi çox sevindirdi. İncinin yaşı az olsa da, şairin verdiyi suallara dolğun cavab verməsi İlyas Tapdığa xoş gəlir. Şairin İnciyə həsr etdiyi “İnci bala” şeiri 2012-ci ildә “Savalan” qəzetindә çap edilmişdir. 
II sinifdә oxuyanda İbtidai siniflәr arasında keçirilәn “Qızıl payız” müsabiqәsindә iştirak etdi və qalib olduğu gün 3 diplomla tәltif olundu. III sinfdә isә “Mәn böyümüşәm” mövzulu açıq dәrsdә müәllimlәrin tap­şırıqların sәrbәst və düzgün yerinә yetirdiyi üçün diplomla tәltif olundu. İnci nailiyyәtlәrinә görә özünü valideynlərinә vә müәllimlәrinә borclu bilir. 
İnci qızımız dizayner olmaq istәyir. Asudә vaxtlarında kitab oxuyur, testlәr işlәyir, özündәn balaca qardaşı ilә mәşğul olur vә xarici dillәri öyrәnir. Fәrqli mәdәniyyәti vә ta­ri­xi abidәlәri olan ölkәlәrə sәyahәt etmәk istәyir. 
Biz dә öz adımızdan İnci qızımıza daha bol nailiyyәtlәr arzu edirik.

Комментариев нет:

Отправить комментарий