elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Naibov Təbriz Elimdar oğlu

Naibov Təbriz Elimdar oğlu 12 aprel 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini N. Nərimanov rayonu N. Tağıyev adına 212 saylı tam orta məktəbdə alıb. Hazırda 24 saylı tam orta məktəbdə təhsil alır. Xaraktercə çox sakit və ağıllı uşaqdır. Fortepianoda ifaya marağı Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında oxuyan Şəfa baçısı oyadıb. Gördüyü hər bir işlə maraqlanır və ona dair suallar verirdi. İstədiyi cavabı alana kimi əl çəkməzdi. Təbriz 3 il uşaq bağcasına gedib. Orada oxuyarkən ingilis və Azərbaycan dillərində əlifbanı öyrənmişdi. Evdə isə öyrənməyə anası kömək edirdi. Təbriz hələ dil açarkən onun həyata baxışı fərqli idi. Kitab-dəftərə marağı böyük olub və bu marağın artmasında ona ailəsi kömək edirdi. Dərslərini əla qiymətlərlə oxuyur. Sevdiyi fənlər riyaziyyat, fizika, coğrafiya, biologiyadır. Yeni il, Novruz bayramı, 20 Yanvar, Xocalı faciəsinə həsr edilmiş və başqa tədbirlərdə müəyyən şeirlər söyləmişdi. İbtidai sinifdə müxtəlif fərqlənmələr alıb. Dörd il 212 saylı tam orta məktəbdə əlaçı olub və 24 saylı tam orta məktəbdə müsabiqədə fəxri fərman alıb. Nailiyyətlərinə görə anasına, Aytac və Sevda müəllimlərinə minnətdardır.

 Azərbaycan xalqının görkəmli şəxsiyyətləri çoxdur, saymaqla bitməz. Ancaq o, başqalarına oxşamaq yox, özünü Naibov Təbriz kimi tanıtmaq istəyir. Sevdiyi həkimlik peşəsində zirvəyə qalxmaq istəyir. Kardioloq olmaq arzusundadır. Bu qərara hələ ibtidai sinifdə oxuyarkən gəlib. Boş vaxtlarında kompüterdə işləmək və futbol oynamağı xoşlayır. Bədii yaradıcılıqda vətənpərvərlik mövzusunu xoşlayr. Tibb Universitetinə daxil olmaq, Azərbaycan tibbini dünyaya tanıtmaq istərdi. Aldığı təhsillə tarixdə qalmaq istərdi. 

Комментариев нет:

Отправить комментарий